Şura sədri jurnalistlər üçün tikilən binadan danışdı

Şura sədri jurnalistlər üçün tikilən binadan danışdı
  15 May 2013    Oxunub:1261
“Tikilən bina Azərbaycan prezidentinin ölkəmizin jurnalistlərinə hədiyyəsidir”.
“Dünyanın heç bir yerində jurnalistlərə bu cür bina tikilmir və onların mənzillə bağlı problemləri bu sayaq həll olunmur”. Bunu AzVision.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədrinin sözlərinə görə, əsasən inkişaf etmiş ölkələrdə bu missiyanı redaksiyalar öz üzərinə götürür.

“İnkişaf etmiş ölkələrdə redaksiyalar qəbul etdiyi əməkdaşın sosial məsələləri ilə maraqlanır, onun mənzil məsələsi ilə bağlı müəyyən qərarlar qəbul edir. Çox təəssüf ki, Azərbaycanda bunu etmək mümkün deyil. Azərbaycanda medianın iqtisadi bazası buna imkan vermir. Bu Azərbaycan prezidentinin humanist addımından doğan bir məsələdir. Mənzilin tikilməsi KİVDF-yə həvalə olunduğu üçün, bu məsələlərlə əsasən həmin fond məşğul olur. Mətbuat Şurası jurnalistikanın inkişafında uzun müddət fəaliyyəti olan əməkdaşların mənzil alması üçün müəyyən təkliflər edə bilər. Bunlarda yalnız təkliflər formasında ola bilər. Tikilən bina Azərbayan prezidentinin ölkəmizin jurnalistlərinə hədiyyəsidir”-deyə şura sədri vurğulayıb.

Anar


Teqlər:  





Xəbər lenti