Allahşükür Paşazadə Xomneyi ilə görüşdü

Allahşükür Paşazadə Xomneyi ilə görüşdü
  20 May 2013    Oxunub:2359
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə İrana səfəri çərçivəsində ölkənin dini lideri Ayətullah Əli Xomneyi ilə görüşüb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, iki ölkə arasındakı əlaqələrdən söhbət açılan görüşdə, Paşazadə, Azərbaycanda bütün dinlərin nümayəndələrinə azad şəkildə ibadət etməyə şərait yaradıldığını, yeni məscidlərin inşa olunduğunu, tarixi məscidlərin, abidələrin bərpa edildiyini bildirib.

Şeyx , bir neçə gün öncə prezident İlham Əliyevin iştirakı ilə Şamaxıda böyük bir məscidin açıldığını, bundan əvvəl isə Sumqayıt və Qəbələdə məscidlərin açılış mərasimlərinin keçirildiyi söyləyib.

Azərbaycan Respublikasının Prezidentinə salamlarını göndərən İranın dini lideri Ayətullah Əli Xomneyi, Azərbaycanda edilən bərpa işlərindən və ölkədə yaşanan inkişafdan xəbərdar olduğunu söyləyib. İranın dini lideri, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və buna hörmətlə yanaşdsığını qeyd edib.

Görüşdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov da Azərbaycan-İran əlaqələrinin daha da inkişafının əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.

Mirvari


Teqlər:  





Xəbər lenti