“Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaş durur”

“Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaş durur”
  20 May 2013    Oxunub:2021
Türkiyənin “Star” qəzeti Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla müsahibəni dərc edib. Müsahibənin orijinalını buradan oxumaq olar, oxucularımıza isə onun tərcüməsini təqdim edirik.


Fuad Ələsgərov: “Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaş durur”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyilə yaradılan “ASAN Xidmət” mərkəzi dövlət qurumlarındakı məmur özbaşınalığının, rüşvət problemlərinin aradan qaldırılmasına xidmət edir. İnsanlara 9 nazirliyə aid 25 cür xidməti göstərən bu mərkəz dövlət qurumlarında mövcud olan əngəllərin qarşısını almaq və vətəndaşa hər bir sənədin verilməsində sürətli xidmət göstərməyi hədəfə alıb.

Nümunə olaraq Bakıdan xidmət göstərməyə başlayan bu mərkəz artıq regionlarda da fəaliyətə başlayıb. Bu xidmətin təqdim etdiyi ən diqqətçəkən layihələrdən biri isə, Mili Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə həyata keçirilən "ASAN" Mobil Xidmət avtobusu oldu. Xüsusi avadanlıqlarla təchiz edilmiş avtobuslar vasitəsilə ASAN Xidmət Mərkəzlərinin fəaliyyət göstərmədiyi regionlarda dövlət orqanları tərəfindən həyata keçirilən bir sıra xidmətləri vahid məkandan həyata keçirilməyə başladı. Bu avtobuslar Türkiyədən gətirilmişdi və tayı-bərabəri yox idi. Böyük bir xidmət sərgiləyən bu avtobuslar əngəlli və yaşlı vətəndaşlara evlərində xidmət göstərməyə başladı.

Bu layihə Azərbaycanda müsbət qarşılandı. Ciddi mənada, mediada və sosial mediada dəstəklənən layihə, Azərbaycanın Qərb ölkələrin diqqətini çəkməsinə də səbəb oldu. Belə desək, bir avtobusda böyük bir dövlət xidmət göstərməyə başladı. Olduqca mənalı və təqdirəlayıiq bir layihə olmasının da başlıca səbəbi bu oldu. Bu layihə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanlarının müdiri Fuad Ələsgərova müraciət etdik.


- Bu yeni antikorrupsion multixidmət layihəsinin konsepsiyası, fəlsəfəsi nədir?
- Bu gün Azərbaycan özünün iqtisadi inkişafının yeni sıçrayış mərhələsini yaşayır. Regionumuzu, Türkiyə və Avropanı birləşdirən meqa – enerji layihələri ölkəmizin inkişafına öz tövhəsini verir. Neft-qaz sektoru, qeyri-neft sektoruna böyük sərmayələr qoyulur, yeni sənaye müəssisələri açılır, infrastruktur müasirləşdirilir. Irimiqyaslı sosial layihələr, regionların sosial-iqtisadi inkişafı proqramları həyata keçirilir. Bir sözlə, Azərbaycan öz inkişafının qızıl dövrünü yaşayır.

Əlbəttə, sürətli iqtisadi inkişaf eyni zamanda cəmiyyətdə keyfiyyətcə yeni münasibətlərin qurulmasını da şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə qeyd edib ki, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət etməlidir. Dövlətin inkişafı insan amilindədir.

Məhz bu prinsipləri rəhbər tutaraq ölkəmizin müasirləşməsini təmin etmək üçün əsas prioritetlər kimi korrupsiyaya qarşı mübarizə, dövlət idarəçiliyində şəffaflığın və effektivliyin, insanların hüquqlarının təmin edilməsi, əhalinin sosial müdafiəsinin və rifahının gücləndirilməsi müəyyən edilmişdir. Bu məqsədlə ardıcıl olaraq qanunvericilik və institusional islahatlar həyata keçirilir, praktiki tədbirlər görülür.

Dövlət qulluqçuları ilə vətəndaşlar arasında birbaşa təmasların minimuma endirilməsi üçün tədbirlər görülür, nağdsız ödənişlərin həcmi artırılır, əhaliyə göstərilən elektron xidmətlərin dairəsi və dövlət idarəçiliyində informasiya kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilir. Bütövlükdə, korrupsiyaya qarşı səmərəli mübarizə aparılması üçün bir - birini tamamlayan kompleks mexanizmin yaradılması üzərində iş gedir. Belə institusional islahatlardan biri də artıq özünü doğrultmuş və insanları rəgbətini qazanmış Azərbaycan Respublikası Prezidentinin müstəsna dəstəyi ilə yaradılan “ASAN Xidmət”dir.


- “ASAN Xidmət”-in məqsədi nədir?
- Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərini rəhbət tutan “ASAN xidmət” mərkəzlərinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılması, vətəndaşların dövlətə etimadının güclənməsidir.

Məsələn, çox maraqlıdır ki, xidmətləri göstərən dövlət qulluqçuları elə həmin dövlət qulluqçularıdır. Lakin iş şəraiti və mühiti elə qurulub ki, insanların düşüncə tərzində, işə yanaşmasında köklü dəyişikliklər baş verib. Vətəndaşlar onların fəaliyyətindən, davranışından razılıq edir.

- “ASAN Xidmət” hansı xidmətləri göstərəcək?
- “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı tərəfindən 25 hüquqi xidmət və 22 növ funksional yardımçı xidmətlər həyata keçirilir. Burada vətəndaşın qəbulu elektron növbə əsasında aparılır.

Mərkəzdə yerləşdirilmiş elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırır. Mərkəz daim internetə açıq olan komputerlərlə təchiz edilmişdir və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılmışdır. Korrusiya hallarının qarşısının alınması üçüm xidmət proseduru fasiləsiz olaraq videoya çəkilir.

Mərkəzə gələn insanlar notariat xidmətlərindən istifadə edə bilər, pasport və şəxsiyyət vəsiqələrini, torpaq kadastı ilə bağlı arayışları ala bilər, sürücülük vəsiqələrini dəyişdirə bilər, əmək pensiyalarının təyin edilməsi üçün bura müraciət edə bilər, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatını, kommersiya hüquqi şəxslərin, vergi ödəyicilərinin qeydiyyatını həyata keçirə bilər və digər xidmətləri ala bilər.

Bundan əlavə, Azərbaycanda çalışan çoxsaylı Türk şirkətləri də vergi ödəyicisi kimi təqdim edilən xidmətlərdən yararlana bilər. Əcnəbilər, o cümlədən Türkiyə vətəndaşları, eləcə də vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti, daimi yaşamaq və çalışmaq üçün icazələrini burda ala bilər.

Mərkəzdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər- bank, sığorta xidmətləri, hüquqi yardım, tərcümə xidmətləri və s. həyata keçirilir, kommunal xərclərin, rüsumların ödənilməsi imkanı vardır.

- "ASAN" Mobil Xidmət avtobusu layihəsinin həyata keçirilməsi ilə nə hədəfə alınmışdı? Yəni, belə bir layihənin birinci dəfə baş tutması ilə nələr nəzərdə tutulmuşdu?
- Mili Liderimiz Heydər Əliyevin 90-cı ildönümündə bu layihənin kütləyə təqdim olunması və xidmət göstərməyə başlaması, öncə qeyd edim ki, mərhum prezidentə göstərdiyimiz sayğı və sevginin təcəssümüdür. Həmçinin, bu layihənin məzmunu hörmətli prezidentimiz İlham Əliyevin dediyi kimi, dövlət siyasətində vətəndaş amilinin vacib rol oynamasının bariz nümunəsidir.

ASAN avtobusların fəaliyyətə başlaması nəticəsində, xəstə və yaşlı vətəndaşların problemləri mərkəzə gəlmədən də, həll olunmağa başlandı. ASAN Xidmət Mərkəzinin "ASAN" Mobil Xidmət avtobusları sayəsində Azərbaycanın hər bir bölgəsində xidmət göstərilməyə başladı. Vətəndaşların saatlarla dövlət qurumlarında itirdiyi vaxtları və məmur özbaşınalığına son qoyuldu. Bu mərkəzlərin sayəsində, həmçinin mərkəzə bağlı olan avtobusların sayəsində, dövlətlə vətəndaş arasındakı etibar da özünü doğrultmağa başladı. Bizim prezidentimiz İlham Əliyevin hakimiyyətinin əsas təməl prinsipləri də buna istiqamətlənib. Vətəndaşlara mümkün olduğu qədər yaxşı xidmət göstərmək, onların yaşayış şəraitini daha asanlaşdırmaq.

- İnsanların layihəyə marağının olduğunu görürük. Layihə başladığı gündən etibarən nə qədər vətəndaşa xidmət göstərib?
- “Asan xidmət” fəaliyyətə başladığı 100 gün ərzində 70 min nəfərə xidmət göstərib. Kütləvi informasiya vasitələrinin keçirdiyi sorğuya baxsaq, əhalinin 98%-i xidmətin çevikliyi, şəffaflığı və əməkdaşların etik davranış tərzindən məmnundurlar. “Asan xidmət” layihəsi korrupsiyaya qarşı bir addım kimi cəmiyyət tərəfindən böyük dəstək və etimad görür.
Son olaraq xüsusilə qeyd etmək istədiyim daha bir məqam var: “ASAN xidmət” inkişaf etmiş bir layihə kimi artıq bir neçə ölkə və beynəlxalq təşkilatların diqqətini özünə cəlb edə bilib. Biz bu təcrübəni digər dövlətlərlə, əsasən də qardaş ölkə Türkiyə ilə paylaşmağa hazırıq.


Teqlər:  





Xəbər lenti