Buaye indi də Xocalı aeroportuna keçdi

Buaye indi də Xocalı aeroportuna keçdi
  20 May 2013    Oxunub:1357
Fransa Parlamentinin ermənipərəst deputatı Xocalı Aeroportunun açılmasını tələb edib.
Fransa Milli Məclisinin Xalq Hərəkatı İttifaqını təmsil edən deputatı Valeri Buaye Fransa Xarici İşlər nazirliyinə məktubla müraciət edərək “Xocalı Aeroportunun” açılmasını dəstəkləməsini istəyib.Bu barədə AzVision.az erməni mətbuatına istinadən xəbər verir.

Fransa deputatı müraciətində Fransa xarici işlər nazirinin diqqətini Ermənistan və Dağlıq Qarabağ arasında hava yolunun bərpasının vacibliyinə yönəltməyə çalışıb.

”1992-ci ildə erməni və azərbaycanlılar arasında Dağlıq Qarabağ uğrunda gedən müharibə “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Stepanakertdəki aeroportu yarasız hala saldı. 2008-ci ildən həmin aeroportda ətraflı təmir-bərpa işləri başladı, yeni terminal, eləcə də yeni uçuş zolağı inşa edildi.

Bununla yanaşı, müasir təhlükəsizlik standartlarına cavab verməsinə baxmayaraq, Azərbaycan hökuməti hava məkanından istifadə etməyə icazə vermir, Azərbaycan ordusu mülki təyyarələri vurmaqla hədələyir, hesab edilir ki, həmin təyyarələr Azərbaycanın milli hava məkanını pozur.

Bir neçə vertalyotun uçuşuna icazə verilsə də, bu coğrafi cəhətdən təcdrid olunmuş regionu izolyasiyadan çıxarmağa imkan vermir. Qışda, hava şəraitinin əlverişsiz olduğu vaxtlarda isə vertalyotlarla uçuş qeyri-mümkündür”-deyə Valeri Buaye Ermənistan və “Dağlıq Qarabağ arasında uçuşların bərpasını dəstəkləməyə çağırır.

“1994-cü ildə atəşkəs imzalanmasına baxmayaraq hələ də davam ciddi gərginlik mövcud olduğu bir vaxtda, Yerevan və Stepanakert arasında mülki təyyarələrin uçuşunun həyata keçirilməsi üçün Azərbaycanın hava məkamında istifadəyə icazə verməsi üçün Fransanın ATƏT Minsk qrupunda həmsədrliyi çərçivəsində aparıcı rol oynaması olduqca mühümdür”- deyə deputat hər cəhdlə ermənilər yardım etməyə çalışıb.

Bununla yanaşı Valeri Buaye Fransa Xarici İşlər Nazirliyindən bu istiqamətdə atacağı bütün addımlar barəsində ona məlumat verməyi də xahiş edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti