Məzahir Pənahov Alper Coşkunla görüşüb

Məzahir Pənahov Alper Coşkunla görüşüb
  20 May 2013    Oxunub:1333
Mayın 20-də Türkiyə Cumhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qardaş ölkənin təmsilçisi ilə görüşdən məmnunluq duyduğunu bildirən Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycanla Türkiyənin qardaşlıq və dostluğa əsaslanan münasibətlərinin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanda çalışdığı dövrdə dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcəyini dilə gətirmişdir. O, iki ölkənin seçki qurumları arasında yüksək səviyyəli əməkdaşlığın qurulması təşəbbüsü ilə çıxış edib.

Səfir Azərbaycandakı mövcud seçki sistemi, seçki qurumlarının təşkili prinsipləri və fəaliyyət istiqamətləri barədə məlumat verilməsini xahiş edib.

MSK sədri qardaş ölkənin təmsilçisinə Azərbaycan Respublikasının seçki sistemi və seçki institutlarının fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti