Əlillər rəqs festivalında - FOTO

Əlillər rəqs festivalında - FOTO
  20 May 2013    Oxunub:1324
Bakının Dənizkənarı Milli Parkı daha bir beynəlxalq tədbirə - əlil arabasında idman rəqsləri üzrə beynəlxalq festivala şahildlik etdi.
AzVision.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festivalda Azərbaycan da daxil olmaqla 10-dan çox ölkənin dünya və Avropa çempionları olan peşəkar rəqqaslar və rəqs ustaları bir-birindən maraqlı göstərilərlə çıxışlar etdilər. Çıxışlara Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən estrada ulduzları da öz töhvələrini qatdılar. Festival Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Paralimpiya Komitəsi, İnkişaf Naminə İdman İctimai Birliyi, Qafqaz Baku City Hotel & Residences, Pasha Travel, AİK və Mi Verim v Tebya təşkilatlarının dəstəyi ilə baş tutdu.

Festivalın digər yaddaqalan məqamı Türkiyənin də ilk dəfə bu festivalda iştirak etməsi oldu. Azərbaycan Çanakkale Dərnəyinin sponsorluğu və təşkilati dəstəyi ilə tədbirdə çıxış edən Hakan Şahin və Güzin Lüləci belə bir festivalın Türkiyədə də keçirilməsini çox arzu etdiklərini söylədilər. Hakan Güzin Bakıda qarşılaşdığı insanların çox qonaqpərvər, sevgi dolu olduğunu və burada çox gözəl qızların yaşadığını söylədi. "Bakı çok güzel, pilanlı bir şehir, yolları çok geniş, otopark sorunu yok". Azərbaycan-Çanakkale Dərnəyinin sədri Sədaqət Akyol fesvtivalda iştirakın iki ölkə arasında münasibətlərin gələcək inkişafına töhvəsindən danışdı. Sədaqət Akyol Azərbaycan-Çanakkale dərnəyinin Azərbaycandakı qeyri-hökümət təşkilatları ilə sıx əməkdaşlıq qurmasını arzuladığını, Azərbaycan tarixi, mədəniyyəti və mətbəxini təbliğ etmək üçün ortaq layihələrin həyata keçirilməsinin zəruri olduğunu vurğuladı.


Qazaxıstanı təmsil edən əlil arabasında idman rəqsləri üzrə Qazaxıstan 3-cüsü Abuov Kurbanali Bakını çox bəyəndiyini, azərbaycanlıların isə çox qonaqpərvər olduğunu bildirdi. Əlil insanlar üçün Bakıda şəraitin - pandusların və ictimai nəqliyyatın olmadığını söyləyən qazaxıstanlı idmançı, Əlil İdmançılara Dəstək İctimai Birliyinin sədri Kamal Mamedovun səyi ilə bu problemlərin də öhdəsindən gəlinəcəyinə inandığını söylədi.


Teqlər:  





Xəbər lenti