Vətəndaşları aldatmış MTK sədrinə cinayət işi açıldı

Vətəndaşları aldatmış MTK sədrinə cinayət işi açıldı
  20 May 2013    Oxunub:1417
Bakı şəhər sakinlərinin “Ayla” Mənzil-Tikinti Kooperativinin sədrinin qanunsuz hərəkətləri barədə müraciətləri Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müəyyən edilib ki, kooperativin sədri Əli Abışov qulluq mövqeyindən sui-istifadə edərək kooperativ tərəfindən paytaxtın Yeni Günəşli qəsəbəsində inşa edilmiş 16 mərtəbəli çoxmənzilli yaşayış binasının qazlaşdırılması, sayğac quraşdırılması və mənzillərə mülkiyyət hüququna dair sənədlərin hazırlanması üçün ödəniləcək rüsumları hissə-hissə 68 mənzil sahibindən alaraq ümumilikdə 131.0 min ABŞ dolları məbləğində pul toplamaqla onlara pulun qəbulu barədə qəbz və ya digər rəsmi sənəd vermədən həmin pulları kooperativin xəzinəsinə mədaxil etməyərək mənimsəyib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti