SOCAR şagird qəbulu elan edir

SOCAR şagird qəbulu elan edir
  20 May 2013    Oxunub:1368
ARDNŞ Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzinə və Qobustan Təlim, Tədris Mərkəzinə şagird qəbulu üçün müsabiqə elan edir.

SOCAR-dan AzVision.az-a verilən məlumata görə, müsabiqədə Azərbaycan Respublikasının vətəndaşları, yaşı 29-dan çox olmayan, orta, orta ixtisas və texniki peşə təhsilli (ali və natamam orta təhsilli gənclər müraciət edə bilməzlər) və həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün) gənclər iştirak edə bilərlər. Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən, elektron müraciət formasını isə "Müraciət et" bölməsində doldura bilərsiniz.

Kadr hazırlığının təşkili Mərkəzinə və Qobustan Təlim, Tədris Mərkəzinə müraciət fomasında qeyd edilən ixtisaslar üzrə cəmi 455 nəfər şagird qəbul olunacaqdır.

Müraciət üçün son tarix: 7 İyun 2013-cü il

AzVision.az


Teqlər:  





Xəbər lenti