Konqresmendən Azərbaycanla bağlı bəyanat

Konqresmendən Azərbaycanla bağlı bəyanat
  21 May 2013    Oxunub:1336
ABŞ Konqresinin Nümayəndələr Palatasının Texasdan olan üzvü, konqresmen Ruben Hinojosa Azərbaycanın Respublika Gününün 95-ci ildönümü ilə əlaqədar bəyanat verib, bu münasibətlə öz təbriklərini çatdırıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, R. Hinojosa bəyanatda Azərbaycanın müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğunu, lakin bu müstəqilliyə Sovet qoşunları tərəfindən son qoyulduğunu qeyd edib.

Konqresmen Azərbaycan və ABŞ-ın güclü münasibətlər formalaşdırdığını, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatların keçirilməsində, o cümlədən Əfqanıstandakı əməliyyatlarda ABŞ-a ciddi və çoxşaxəli dəstək verdiyini bildirib.

Eyni zamanda, o, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı xüsusi rolunu təqdir edib.(apa)



Teqlər:  





Xəbər lenti