Rəmişin oğlu amnistiyaya düşdü

 Rəmişin oğlu amnistiyaya düşdü
  21 May 2013    Oxunub:1750
“Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 7 may 2013-cü il tarixli qərarının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan müəssisələr üzrə icrası davam edir.
Apa-nın xəbərinə görə, qərar bu gün 15 saylı Cəzaçəkmə müəssisəsində icra olunub. Burada Amnistiya Aktının şamil olunduğu 4 nəfər məhkum azadlığa buraxılıb.

Azadlığa buraxılanlardan biri tanınmış gitara ifaçısı, əməkdar artist Rafiq Hüseynovun (Rəmiş) oğlu Rakif Hüseynovdur.

R. Hüseynov Cinayət Məcəlləsinin 234.1 maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə təqsirləndirilərək azadlıqdan məhrum edilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qeydiyyat İdarəsinin rəisi Rafiq Ramazanov jurnalistlərə açıqlamasında Amnistiya barədə qərarın icrası haqda danışaraq deyib ki, qadın məhkumların cəza çəkdiyi 4 saylı Cəzaçəkmə müəssisəsindən 2, yetkinlik yaşına çatmayanların saxlandığı müəssisədən isə 1 nəfər azadlığa buraxılıb.

R. Ramazanov Amnistiya Aktının icrasına 4 ay vaxt verildiyini xatırladaraq məcburi müalicəyə cəlb olunana şəxslərin müalicə başa çatanda sonra azadlığa buraxılacaqlarını vurğulayıb.



Teqlər:  





Xəbər lenti