Burda anlaşılmazlıq var - AÇIQLAMA

Burda anlaşılmazlıq var - AÇIQLAMA
  21 May 2013    Oxunub:1828
Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Araqçi deyib.

Araqçi iki ölkə arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib.

Onun sözlərinə görə, keçmişdə Bakı və Tehran arasında anlaşılmazlıq olub. Belə ki, bəzi şəxslər İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsini istəmirlər:

"Bu yaxınlarda bizim təhlükəsizlik qüvvələrimiz Azərbaycanın iki vətəndaşını saxlayaraq dindiriblər. Biz vətəndaşlara ittihamın irəli sürülməsi məsələsi üzrə Azərbaycan hökumətinə məlumat verdik və dindirmədən sonra xoşməramlıq rəmzi olaraq onlar azadlığa buraxıldı".

O deyib: "İran nümayəndə heyətinin tərkibində Azərbaycanda həbs edilmiş İran vətəndaşı Mir Kazemiyə gəlincə, burada anlaşılmazlıq var".

Araqçı anlaşılmazlığın qısa müddət ərzində aradan qaldırılacağına ümid etdiyini bildirib: "Hazırda biz diplomatik kanallar üzrə bu məsələ üzərində işləyirik".(trend)


Teqlər:  





Xəbər lenti