“Fərid Məmmədov əzəmətli qarşılanmağa layiq idi”

“Fərid Məmmədov əzəmətli qarşılanmağa layiq idi”
  21 May 2013    Oxunub:1624
“Avroviziya-2013 yarışmasında Azərbaycan təmsilçisi Fərid Məmmədovun uğurlu çıxışı bu günlər həm ölkəmizdə, həm də dünyada geniş müzakirə mövzusudur. Onun lirik "Hold me" mahnısı ilin hitinə çevrilməkdədir və artıq axtarış servislərində rekord vurmaqdadır. ”
Bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan nümayəndəsinin ən sonda müəyyənləşməsinə baxmayaraq mahnımız yüksək qiymətləndirildi və dünya Azərbaycan mədəniyyətinin tükənməzliyinə daha çox ianamağa başladı: “Fəridin şəxsi keyfiyyətləri də onu milyonlara sevdirdi və bu, bizi sevindirməyə bilməzdi.

Eyni zamanda, İctimai televiziyanın yarışmaya çox məsuliyyyətlə hazırlaşması da Fəridin qələbəsində əsas səbəblərdən biri oldu.

19 martda o uğurlu günlərini sona verərək Bakıya qayıtdı. Ancaq hamının təəccübünə səbəb olaraq heç kim tərəfindən qarşılanmadı. Yüz milyonların diqqətində olan gənc hətta evlərinə də taksi ilə getdi.

Hesab edirəm ki, Azərbaycana növbəti böyük qələbəni gətirən istedadlı gəncimiz əzəmətli qarşılanmağa layiq idi. Gəldiyi reys elan edilsəydi, inanıram ki, yüz minlərlə paytaxt, hətta əyalət sakini aeroporta gələrək Fəridi gül-çiçklə, musiqi ilə qarşılayardılar. Fərid yüzlərlə gül dəstləri, fanat gənclərin sevincli qışqırıqları ilə, göyə atılıb-tutulmaqla qarşılanmalı idi.

Hətta Bakının reklam lövhələrində belə Fərid Məmmədovun portretləri asılmalı, onunla fəxarət cümlələri yazılmalı id. Çətin və ağır rəqabətli mötəbər yarışmada ikinci olmaq həm Azərbaycanın, həm Fərid Məmmədovun şəxsi qələbəsi idi.

Əzəmətli qarşılanmamanın səbəblərini bilmirəm. Ancaq istedadlı Azərbaycan gəncinə məhəbbət hər bir vətəndaşımızın qəlbində olduğunu hər birimiz, o cümlədən Fərid də yaxşı bilir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti