Polis Şvartseneggeri saxladı

Polis Şvartseneggeri saxladı
  19 Mart 2015    Oxunub:2228
Hollivud ulduzu Arnold Şvartsenegger Avstraliyanın Melburn şəhərində velosipedi dəbilqəsiz idarə etdiyi üçün polislər tərəfindən saxlanılıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. Bildirilib ki, polislər aktyorla izahedici söhbət edərək, onu buraxıblar.

“Biz dəbilqəsiz velosiped idarə edən bir qrup şəxsi görərək onlardan dayanmağı rica etdik. Daha sonra biz həmin şəxslər arasında Arnold Şvartseneggeri gördük. Biz onunla söhbət etik və ona saxlanma səbəbini izah etdik”, - deyə polislərdən biri bildirib.

“Melburn” qanunvericiliyinə əsasən dəbilqəsiz velosiped idarə etməyə görə, cəriməmin miqdarı 146 Avstraliya dollarıdır (110 dollar). Lakin polislər aktyoru cəzalandırmayıblar. Polislər bildiriblər ki, turistləri cərimələmirlər, onlara qaydaları izah edirlər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti