İlham Əliyev Avropa Parlamentinin nümayəndəsini qəbul edib

İlham Əliyev Avropa Parlamentinin nümayəndəsini qəbul edib
  24 May 2013    Oxunub:1462
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Broku qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və yaxşı nəticələr əldə olunduğunu vurğuladı. Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsi üçün imkanları müəyyənləşdirməyin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brokun ölkəmizə səfərinin Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Ölkəmiz ilə Avropa təsisatları arasında əlaqələrə toxunan Elmar Brok "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı.

Görüşdə Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.


Teqlər:  





Xəbər lenti