Sədr Gəncədə vətəndaşları qəbul edib

Sədr Gəncədə vətəndaşları qəbul edib
  24 May 2013    Oxunub:1400
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Gəncədə vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Univeristetinin binasında keçirilən qəbulda Goranboy, Samux, Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından 25 nəfər vətəndaş iştirak edib. Vətəndaşları narahat edən problemlər dinlənilib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu məsələlərin tezliklə həll olunacağını qeyd edib. Görüşün sonunda edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.

Anar


Teqlər:  





Xəbər lenti