Berluskoni: “Messini dayandırmalıyıq”

Berluskoni: “Messini dayandırmalıyıq”
  19 Fevral 2013    Oxunub:2157
“Mənə elə gəlir ki, Messini zərərsizləşdirmək üçün ayrıca bir oyunçu təyin etməliyik”.
“Biz Messini dayandırmalıyıq”,-deyə “Milan” klubunun sahibi, İtaliyanın eks baş naziri Silvio Berluskoni bildirib. Klub rəhbəri çərşənbə günü, Çempionlar liqasının 1/8 finalı çərçivəsində baş tutacaq “Milan” “Barselona” oyununu şərh edərkən deyib.
“Biz Messini dayandırmalıyıq. Mənə elə gəlir ki, Messini zərərsizləşdirmək üçün ayrıca bir oyunçu təyin etməliyik. Mario Balotelliyə gəlincə isə, onu Passini və ya Robinya əvəzləyəcək”, -deyə Berluskoni “Marca”ya açıqlamasında deyib.
Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Milan” və “Barselona” arasında ilk qarşılaşma fevralın 20-də, “San-Siro” stadionunda baş tutacaq.



Teqlər:  





Xəbər lenti