Misir Mərdanov ilk dəfə vəzifəsindən danışdı

Misir Mərdanov  ilk dəfə vəzifəsindən danışdı
  29 May 2013    Oxunub:1540
"Riyaziyyatda çatışmayan cəhətləri aradan qaldırmaq lazımdır".
Azərbaycanda riyaziyyat elmi sahəsində həll edilməyən bütün mövcud problemlərin qısa müddət ərzində aradan qaldırılması üçün köklü dəyişikliklər etmək mümkün deyil. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov yeni vəzifəyə təyin edilməsini şərh edərkən deyib.

M.Mərdanovun sözlərinə görə, bu sahədə müəyyən mənada qənaətbəxş, bəzən isə qeyri-məqbul adlandırmağın mümkün olduğu məqamlar mövcuddur:

"Azərbaycanda riyaziyyat elminin səyiyyəsini yüksəltmək üçün çatışmayan aspektləri tədricən və mərhələli qaydada aradan qaldırmaq lazımdır. Güman edirəm ki, yaxın bir neçə ay ərzində ictimaiyyətə bu barədə daha ətraflı məlumat verə biləcəyik".


Teqlər:  





Xəbər lenti