Milli Torerantlıq Mərkəzinin təqdimatı keçirilib

Milli Torerantlıq Mərkəzinin təqdimatı keçirilib
  29 May 2013    Oxunub:1209
DQİDK-nin sədri Elşad İsgəndərov tədbirə gələn qonaqlara Milli Tolerantlıq Mərkəzinin yaradılmasının əsas məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Milli Torerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilib. AzVision.az xəbər verir ki, mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyəli qonaqları, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tveycri, bir sıra digər beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ölkəmizdə akreditə olmuş səfirlər iştirak ediblər. Tədbirin açılışında "Azərbaycan-Tolerantlıq Məkanı" adlı qısametrajlı film nümayiş olunub.

DQİDK-nin sədri Elşad İsgəndərov çıxış edərək tədbirə gələn qonaqları salamlayıb. Sədr Milli Tolerantlıq Mərkəzinin yaradılmasının əsas məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verib və ölkəmizdəki mövcud tolerantlıq barədə danışıb.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev artıq ikinci dəfədir ki, ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk tədbir olan Milli Tolerantlıq Mərkəzinin təqdimatında iştirak edən Forum iştirakçılarını salamlayıb və bu təqdimatın təsadüfi olmadığını və Milli Tolerantlıq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası tolerantlığa töhfə verəcəyini qeyd edib.

İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tveycri çıxışında Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib və bildirib ki, məhz Azərbaycanda Milli Tolerantlıq Mərkəzinin yaradılması vaxında atılmış addımdır. Əbdüləziz Osman əl-Tveycri dəfələrlə ölkəmizdə olduğunu və buradakı mövcud tolrant mühit haqqında məlumatlı olduğunu ifadə edib, bildirib ki, bu dünyaya nümunə ola biləcək bir modeldir.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser çıxışı zamanı qeyd edib ki, bu təşəbbüs azərbaycanda dinlərarası münasibətlərin daha da möhkəmlənməsində xüsusi rol oynayacaq.

Daha sonra mərasimdə YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunub.

Anar


Teqlər:  





Xəbər lenti