Prezident seçkilərində 5 milyona yaxın seçici iştirak edəcək

Prezident seçkilərində 5 milyona yaxın seçici iştirak edəcək
  29 May 2013    Oxunub:1495
Prezident seçkilərində 4 986 296 nəfər iştirak edəcək.

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. AzVision.az xəbər verir ki, iclasda Mərkəzi seçki Komissiyasının 11 aprel 2013-cü il tarixli protokolu təsdiq olunub. Daha sonra MSK-nın sədri Məzahir Pənahov Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məlumat verib. MSK sədri bildirib ki, bu günə ümumi seçicilərin sayı 4 986 296 nəfərdir.

“Onlardan 2.462.983 nəfəri qadın, 2.523.313 nəfəri isə kişidir. Faiz nisbəti ilə götürsək qadınlar 49.40, kişilər isə 50.60 faizdir.

İlk dəfə səsvermə hüququ əldə edən seçicilərin sayı isə 113977 nəfərdir. Ən çox səsvermə hüququ olanlar 19-30 yaş arası cavanlardı. Onların sayı 1 milyon 317 min 353 nəfərdir. Bu da seçicilərin 26,7%ni təşkil edir. 85-90 yaş arası seçicilər 27014 nəfərdir. 90-100 yaş arası 6424 nəfər seçici var. 100 yaşı keçən seçicilər isə 825 nəfərdir.”.

Komissiya sədri bildirib ki, ən yaşlı seçici 124 yaşlı 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən olan seçici Dadaşova Gözəl Əmir qızıdır.

Anar


Teqlər:  





Xəbər lenti