Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək
  29 May 2013    Oxunub:1208
Görüş Lənkəran şəhərində baş tutacaq
AzVizion.az xəbər verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 31 may 2013-cü il tarixində saat 10:00-dan Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Lənkəran-Astara şossesi, Digah kəndi) 29 may 2013-cü il tarixində saat 14:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Teqlər:  





Xəbər lenti