Azərbaycan müxalifəti: gecə yarısından əvvəl və sonra

Azərbaycan müxalifəti: gecə yarısından əvvəl və sonra
  29 May 2013    Oxunub:2767
95 il əvvəl 1918-ci ilin mayın 28-də Rusiya imperiyasının xarabalıqları üzərində Şərqin ilk demokratik cücərtisi – Azərbaycan Demokratik Respublikası yarandı. Tərkibi keçmiş Rusiya deputatlarından ibarət olan birinci Respublika Milli Şura tərəfindən elan olundu.
Trotskidən İbrahimbəyova kimi

95 il əvvəl - 1918-ci ilin mayın 28-də günəşli bir gündə sovet dramaturqu Rüstəm İbrahimbəyov yeni müttəfiqləri ilə birgə yeni Milli Şuranın yaradılmasını elan etdi. Amma Milli Şura deputatsız idi.

Lev Davidoviç Trotskinin konsepsiyasına nəzər salanda, ikihakimiyyətli bolşevik konsepsiyası yada düşür. Amma, Zərdüşt Əlizadənin ifadə etdiyi kimi Çar dövründən fərqli olaraq, ikihakimiyyətlilik ideyası zəif Kerenskinin müvəqqəti hökumətinə qarşı deyil, güclü çar hakimiyyətinə qarşı durmağı təcəssüm etdirir.

İbrahimbəyov da Lev Davidoviç Trotskinin ideyasına xüsusi canfəşanlıqla rejissorluq baxımından müraciət edib. Rejissoru olduğu filmdə Milli Şura, Milli Şuranın və Respublikanın banisi M.Ə.Rəsulzadənin basdırıldığı qəbiristanlıqda elan etməyə qərar verilib.

Rejissor bu tamaşaya baş rolu ifa edəcək aktyorları xüsusi yanaşma ilə seçib. Prinsip sadə idi: görünüşü daha dəqiq çatdırmaq. Buna görə də, rejissorun yeni meydana çıxan müttəfiqləri öz transparant resurslarını səfərbər ediblər. Yığıncaqda bütün siyasi partiyaların aktivistləri, hətta onların ailə üzvləri iştirak ediblər. Rejissor bu iş üçün bütün istedadını işə salıb. Bu onun ən yaxşı filmi olmalı idi, amma gecə yarısınadək işlər yolunda getmədi…



Niyə Milli Şura?

Oktyabr ayında keçirilən prezident seçkiləri ərəfəsində demokratik düşərgənin etiraz edən seçicilərini birləşdirmək bacarıqsızlığı daha aşkar oldu. Müxalifətin seçkilərdə vahid namizədi müəyyən etmək cəhdi də heç bir nəticə vermədi. Ən böyük müxalifət bloklarından biri - İctimai palata müxtəlif partiyalardan olan namizədlərin birtərəfli irəliləməsinin yolverilməzliyi barədə razılığa gələ bilərdi. Amma İ.Qəmbərin şəxsi ambisiyaları və öz namizədliyini irəli sürməsi Əli Kərimli ilə münasibətlərini korladı. Nəticədə İctimai palatadan vahid namizədin irəli sürülməsi məsələsi yarımçıq qaldı.

Bu uğursuzluqlara parallel şəkildə Rüstəm İbrahimbəyov və hakimiyyətlə bağlı digər siyasi qalmaqal başladı. Torpaq sahəsinin yenidən bölünməsi məsələsi ilə bağlı başlamış adi mübahisə qarşıdurmaya gətirib çıxardı və bu hadisə qısa müddətdə siyasi rəng aldı. Ona qarşı hakimiyyətin qəzəbli təbliğatı başlandı. O isə qayıdacağına söz verib və hədələyib Moskvaya getdi. Yerli KİV İbrahimbəyovun gedişinin ardınca zidd informasiya sızdırmağa başladı. Daha sonra İbrahimbəyovun özü və amorf “Milyarderlər ittifaqı”, Kremlin nəzəri layihələri və Azərbaycanda hakimiyyətin dəyişməsi barədə şayiələr yayıldı.

Müxalifətdə ənənəvi nifaqın fonunda - müxalifət “rus ruletkası” şayiələri və “amerika təpələri” iddiaları ilə “siyasi Oskar” üçün çıxış etmək qərarına gəldi. Mayın 28-də, bayram və qeyri-iş günündə start meydançası kimi qəbiristanlıq seçildi.



Qəbiristanlıqda nə baş verdi?

Bu gün qəbiristanlıqda 300 nəfər toplaşdı. 50 metrdə tam proqramla - dəbilqə, güllədeşməz jilet, qalxan və kötəklərlə təchiz edilmiş və hadisələrin gözlənilməz inkişafına hazır olan keşikçi sırası düzülmüşdü. Amma yarım saatdan sonra polis yox oldu. Polis desantının yerində Daxili İşlər Nazirliyinin kiçik qrupu göründü. Görünür qaçılmaz təhlükənin gözləntisi yenidən hakimiyyəti aldadıb.

Mitinq Azərbaycan himni ilə başladı və sonra müxalifətçilər ADR-in tarixi barədə danışdılar. Sonra isə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin uğursuz tarixinə nəzər saldılar və onların hakimiyyəti qəsb etməsindən danışdılar. Qəbiristanlıqda toplaşanlara məhz bu böyük missiya tapşırılmışdı. Çıxışlar zamanı müxtəlif şüarlar – “Azərbaycan”, “İstefa”, “Azadlıq” şüarları səsləndirildi (son iki şüar çox ehtiyatla səsləndirildi-red.)

Respublika günü təbriki və tarixi barədə danışıqlar davam etdirildi, amma insanların üzünün ifadəsindən hiss olunurdu ki, onlar alışdıqları adi şeylərdən fərqli, yeni bir şey eşitmək istəyirdilər.

Gözlənilmədən ön sıralardan pıçıltı eşidildi: “olmayacaq”; qəzəbdən önə əyilmiş insanlar- dəqiq? -kim dedi? -niyə? -nə oldu? kimi suallar verməyə başladılar. Hələ heç vaxt filmin premyerasına gələn və 20 il davam edən aşağı dərəcəli “sabun operası”nı qəbul edən bu qədər heyrətlənmiş insan görməmişdim. Şübhələr yavaş-yavaş dağılmağa başladı, bir-birinin ardınca çıxış edənlər təsdiq etdilər ki, Milli Şura bu gün elan olunmayacaq. Bu isə Azərbaycan tarixi üçün böyük və məsuliyyətli addımdır, guya, hələ vaxtı deyil və danışıqlar ləngiyir… Məyusluq hər dəqiqədə artırdı. Yaranmış vəziyyəti düzəltmək üçün müxalifət liderləri optimizmə qapılaraq Milli Şuranın yaradılmasını iki saat ərzində elan edəcəklərini bəyan etdilər.

Camaatın hiddəti artırdı və onlar “Elan olunsun, elan olunsun” – deyə qışqırdılar, Azərbaycan Santa Barbarasının yeni seriyasının aktyorlarına çevrildilər. Nəsə etmək, təbii ki, hakimiyyəti söymək lazım idi. Güclü ittihamlar səslənməyə başladı. Mitinq sona yaxınlaşırdı, amma xüsusi tarixi hadisə üçün vəd verilmirdi.



İnsanlar nə barədə pıçıldaşırdılar

-Harada yanıldılar; Azərbaycan demokratiyasının ataları gözdən yayındılar? “Mosfilm”i pis vəziyyətdə qoydular. Bu yeni təşkilata daxil olmaq istəyən təşkilat və partiyaların müxtəlif nümayəndələrinin müsahibəsini diqqətlə oxuyaraq, uzun müddət bu uğursuzluğun səbəbini anlamağa çalışırdım. Bəziləri söyləyirdilər ki, Müsavat və liberallar Avrointeqrasiyada Azərbaycanın gələcək kursunun yeni təşkilat tərəfindən dəstəyi haqqında məcburi bənd əlavə etməklə şərt qoyub. Bu rejissorun və “Mosfilm”in xoşuna gəlmədi. Digərləri isə böyük partiyaların Milli Şuranın idarə edilməsində “NATO” modelini tələb etməsinə işarə edərək təşkilati məsələlərdə birləşmədilər.

Sənin üçün… gecə yarısından sonra

Bayram və qeyri-iş gününündə keçirilən etiraz aksiyaları zamanı xalqı sakit olmağa səsləyirdilər. Müxalifət rəsmi nekroloqları xatırladan təvazökar məlumat səsləndirdi: “Bu gün, Novxanı qəsəbəsində M.Rəsulzadənin abidəsi önündə keçirilmiş Respublika Gününün şərəfinə bayram mitinqindən sonra siyasi partiyaların rəhbərlərinin görüşü oldu.

Məlumata əsasən, saat 22:00-dək davam edən görüşdə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması haqqında sənəd müzakirə edilmişdi. Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu müzakirələrə mobil telefonla qoşuldu. Geniş müzakirələrdən sonra Milli Şuranın Bəyannaməsi və onun tərkibi barədə razılıq əldə edildi. -Yaxın günlərdə Milli Şuranın birinci yığıncağı keçiriləcək və onun tərkibi elan ediləcək”.

Bəlkə bu nekroloq gecə yarısından sonra yuxusuna girib? Yoxsa bu uzaqgörənlikdir? Sabaha qədər gözləyək, axı bu gün Novxanı çox küləkli idi...

Haqqın.az – Murad Səmədov

Tərcümə:
AzVision.az



Teqlər:





Xəbər lenti