“Azərbaycan Ermənistanla əməkdaşlıq etməyəcək”

“Azərbaycan Ermənistanla əməkdaşlıq etməyəcək”
  29 May 2013    Oxunub:1341
“Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca həmin ölkə ilə iqtisadi əməkdaşlıq etməyəcək”
“Azərbaycan konfiliktlərin olduğu regiondur və burada konfiktlərdən əziyyət çəkən xeyli insan var. Belə bir vəziyyətdə burada belə bir dialoqun necə keçirilir?” -deyə xarici jurnalistin sualını cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qarabağ müharibəsinin dərin köklərinin olduğunu bildirib. O qeyd edib ki, regionda uzun müddətdir regionda konfliktlər yaşanır, bunun da əsas səbəbi SSRİ-nin dağılmasından sonra qonşu ölkənin Azərbaycana təcavüzün olmasıdır.

“ Bu təcavüz nəticəsində Azərbaycan əraziləri işağl olunmuş, xeyli insan qaçqın və məcbur köçkün düşüb. Bu münaqişənin kökü çox dərinə, hətta bir əsr və 150 ilə qədər gedib çıxır. Bu gün işğal siyasəti hələ də davam edir. BMT Baş Assambleyasının 4 qətnaməsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan sülhsevər ölkədir. Burada müxtəlif dinlərdən olan xalqlar uzun müddət birlikdə yaşayıb. Əgər Sovet statistikasına diqqət yetirsəniz görərsiniz ki, burada 100-ə yaxın etnik mənsubiyyət yaşayıb. Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca həmin ölkə ilə iqtisadi əməkdaşlıq etməyəcək”.

Qeyd edək ki, bu gündən iyunun 1-nə qədər Bakıda Prezident İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti