Azərbaycan ən az büdcə kəsri olan ölkələrdən biridir

Azərbaycan ən az büdcə kəsri olan ölkələrdən biridir
  31 May 2013    Oxunub:1447
Dövlət Neft Şirkəti dövlət büdcəsi qarşısındakı vəzifəsini tamamilə yerinə yetirib.
AzVision.az xəbər verir ki, Milli Məclis 2012-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsinə başlayıb.

Layihə barədə məlumat verən parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2012-ci ilin büdcəsi təkrarən Milli Məclisin İqtisadi Siyasət komitəsində müzakirə olunub : “ Gəlirlər 23 maddədən ibarətdir, 4 maddə üzrə kəsir var. Bu da 3,5 mln. manat kəsr deməkdir. Ancaq başqa sahələrdən daxilolmalar həmin kəsiri örtüb. Büdcə xərclərinin icrası ilk dəfə 98% səviyyəsində olub. Neçə illərdir ki, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında heç bir problem yaranmır. Neft gəlirləri kifayət qədərdir. Dövlət Neft Şirkəti dövlət büdcəsi qarşısındakı vəzifəsini tamamilə yerinə yetirib.
Kənd təsərrüfatında davamlı iqtisadi inkişafı təmin etmək üçün vəsaitlərin ayrılması davam etdirilib.

Borclanma ilə bağlı Azərbaycan dövlətinin heç bir dövlət qarşısında problemi yaranmayıb və 2012-ci ildə Azərbaycan bu parametrə görə MDB məkanında və dünyada öndə gedən ölkələrdən biri olub. Dünyada ən az büdcə kəsri olan ölkələrdən biri də məhz Azərbaycandır.»

Daha sonra maliyyə naziri Samir Şərifov büdcənin icrası barədə məlumat verib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti