İlin sonunda analoq yayım dayandırılacaq

İlin sonunda analoq yayım dayandırılacaq
  03 İyun 2013    Oxunub:1242
“Bu ilin sonundan etibarən Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq
AzVision.az xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün keçirilən Bakı Gələcək Forumu, Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın Neft sonrası iqtisadiyyatı adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal televiziya yayımına keçidlə əlaqədar işlər sürətlənib və bu ilin sonundan analoq yayım dayandırılacaq və gələn ildən tamamilə rəqəmsal yayıma keçiləcək.

Anar


Teqlər:  





Xəbər lenti