Fransa Dağlıq Qarabağın həlli yollarını axtarır

Fransa Dağlıq Qarabağın həlli yollarını axtarır
  03 İyun 2013    Oxunub:1168
Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaqda maraqlıdır
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Beynəlxalq Bakı Gələcək Forumunda Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.

Onun sözlərinə görə, Fransa hazırda Azərbaycanla xarici işlər nazirləri səviyyəsində ikitərəfli əlaqələr və Dağlıq Qarabağ məsələsini müzakirə edir:

"Düşünürük ki, tərəflər arasında mövcud olan narazılıqların aradan qaldırılmasının vaxtı çatıb. Bəzi "beyin mərkəzləri" regionun gələcəyi üçün nə etmək lazım olduğu barədə fikirləşərlər. Hər iki ölkənin öz parlaq gələcəyi barədə düşünməsi vacibdir. Və buna görə də, bu cür tədbirlərdə qəbul olunacaq və Azərbaycanla Ermənistan hökumətlərinə və eyni zamanda ATƏT-in Minsk qrupuna təqdim olunan bu cür hesabatlar münaqişənin həlli üçün müsbət olacaq".

Anar


Teqlər:  





Xəbər lenti