TQDK daha bir imtahan keçirəcək

TQDK daha bir imtahan keçirəcək
  03 İyun 2013    Oxunub:1352
Miqrasiya orqanlarına qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 9-da miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, namizədlərin sənəd qəbulu Dövlət Miqrasiya Xidməti tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 287 nəfərin namizədliyi qeydə alınıb. Sənədlərini təqdim etmiş namizədlər “imtahana buraxılış vərəqəsi”ni iyun ayının 4-dən Dövlət Miqrasiya Xidmətinin Aparatına müraciət etməklə ala bilərlər. Test imtahanı Bakı Qızlar Universitetinin binasında (ünvan: Nəsimi rayonu Mövsüm Sənani küçəsi, 14) saat 11:00-da başlanacaq.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır. İmtahan 3 saat davam edir. Hər sual bir balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar. İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti