Müəllimlər İnstitutunda imtahan qanla başladı

Müəllimlər İnstitutunda imtahan qanla başladı
  03 İyun 2013    Oxunub:1734
Müəllimlər İnstitutunun Mingəçevir filialında imtahan sessiyası qanla başlayıb.
AzVision.az-a universitetdən verilən məlumata görə, təhsil müəssisəsinin tədris hissə müdiri Vahid Quliyev elə həmin universitetin müəllimi Müsəllim Hümbətovu yanına çağırıb. Bildirib ki, artıq imtahan sessiyası başlayır və tələbələrdən pul yığmalısan. Tədris hissə müdirinin bu istəyindən boyun qaçıran müəllim bildirib ki, tələbələrdən rüşvət almır. Bundan sonra isə Müsəllim Hümbətov və Vahid Quliyev arasında dava başlayıb. Müəllimlərin davası qanla yekunlaşıb. Belə ki, Vahid Quliyev əlindəki alətlə müəllimin başına vurub.

Hadisədən dərhal sonra Müsəllim Hümbətov məsələ ilə bağlı Mingəçevir polisinə və Təhsil Nazirliyinə ərizə ilə müraciət edib.

Mingəçevir Müəllimlər İnstitutu ilə əlaqə saxlasaq da, bildirdilər ki, günün ikinci yarısı olduğu üçün universitetdə heç kim yoxdur. Sabah yenidən əlaqə saxlayaq.

Məsələ araşdırılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti