Prezidentdən KİV DF ilə bağlı növbəti sərəncam

Prezidentdən KİV DF ilə bağlı növbəti sərəncam
  03 İyun 2013    Oxunub:1339
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Səfərli Vüqar Müzəffər oğlu yenidən Fondun İcraçı direktoru təyin edilib.
AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyevin verdiyi digər sərəncamda KİVDF-nin Müşahidə Şurası üzvləri təyin edilib. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

Dövlət orqanlarından

Əliyev Vüqar Saydam oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Qurbanov Faiq Mirəsədulla oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi

Kütləvi informasiya vasitələrindən

Məcidov Rəşad Müseyib oğlu - 525-ci qəzet”in baş redaktoru

Rəhimzadə Vüqar Gəncəli oğlu - “İki Sahil” qəzetinin baş redaktoru

Sadıqov Bəxtiyar Yusif oğlu - Azərbaycan” qəzetinin baş redaktoru

Jurnalist təşkilatlarından

Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri

Ələsgərli Müşfiq Məşi oğlu - Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Mirzəyev Umud Rəhim oğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri


Teqlər:





Xəbər lenti