Misir Mərdanov sürücüsüz qaldı

Misir Mərdanov sürücüsüz qaldı
  04 İyun 2013    Oxunub:1258
Sabiq nazir 90 AD 717 nömrəli “Mercedes C-class” avtomobili ilə tıxacda qalıb.
Hər gün olduğu kimi bu gün də Bakı-Sumqayıt yolunda avtomobillərin sıxlığı və tıxac müşahidə olunub.

AzVision.az-ın əməkdaşı xəbər verir ki, bu gün Bakı-Sumqayıt yolunda avtomobil sıxlığından əziyyət çəkənlərdən biri də sabiq təhsil naziri Misir Mərdanov olub. Belə ki, sabiq nazir özünün idarə etdiyi 90 AD 717 nömrəli “Mercedes C-class” markalı avtomobili ilə tıxacda qalıb. Çox güman ki, M.Mərdanov AMEA-ya işə tələsirdi. Digər diqqət çəkən məqam isə nazirin sürücüsüz olması idi. Bir neçə dəqiqə sonra sabiq nazir rahat şəkildə yoluna davam edə bildi.

Xatırladaq ki, Azərbaycanın sabiq təhsil naziri fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. M.Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb. Onu gənc kadr Mikayıl Cabbarov əvəz edib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Mikayıl Cabbarov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin olunub.

Anar
AzVision.az


Teqlər:  





Xəbər lenti