Elmar Məmmədyarov Obamanın köməkçisi ilə görüşüb

Elmar Məmmədyarov Obamanın köməkçisi ilə görüşüb
  04 İyun 2013    Oxunub:1169
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfəri çərçivəsində ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Avropa Məsələləri üzrə direktor Karen Donfrid ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, həmçinin BMT və NATO kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarında əks olunduğunu bildirib.

Karen Donfrid ABŞ administrasiyasının münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu bildirib və bunun regionun inkişafı baxımından önəmli olacağını qeyd edib. Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rolunu qeyd edərək, bu sahədə də uğurlu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti