Müəllimlər İnstitutu: “Müəllimlər nərd oynayırlarmış”

Müəllimlər İnstitutu: “Müəllimlər nərd oynayırlarmış”
  04 İyun 2013    Oxunub:5683
Müəllimlər İnstitutunun Mingəçevir filalının rəhbəri ötən şənbə günü müəllimlər arasında rüşvət alma üstündə yaranan problemə münasibət bildirib.
Müəllimlər İnstitutunun Mingəçevir filialının rəhbəri Xatirə Həsənova AzVision.az saytına açıqlamasında bildirib ki, məsələ rüşvət üstündə olmayıb.

“Xeyr, pul üstündə olmayıb. Sadəcə 6-cı gün çayxanada oturub nərd oynayırlarmış. Sözləri tərs düşüb və bir-birini itələyiblər. Burada başqa söhbət yoxdur”-deyə, X.Həsənova əlavə edib.

Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının tədris hissə müdiri Vahid Quliyev elə həmin universitetin müəllimi Müsəllim Hümbətovu yanına çağırıb, imtahan sessiyasının başlandığını bildirib və tələbələrdən pul yığmasını istəyib. Tədris hissə müdirinin bu istəyindən boyun qaçıran müəllim bildirib ki, tələbələrdən rüşvət almır. Bundan sonra isə Müsəllim Hümbətov və Vahid Quliyev arasında dava başlayıb. Vahid Quliyev əlindəki alətlə müəllimin başına vurub. Hadisədən dərhal sonra Müsəllim Hümbətov məsələ ilə bağlı Mingəçevir polisinə və Təhsil Nazirliyinə ərizə ilə müraciət edib..

Mingəçevir Şəhər Polis bölməsinin şöbə rəisi Ələsgər Bədəlov AzVision.az-a açıqlamasında faktın doğru olduğunu təsdiq edib və bildirib ki, bu məsələ ilə bağlı bölməyə ərizə daxil olub, hazırda araşdırma davam etdirilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti