Nazir vətəndaşları qəbul edəcək

Nazir vətəndaşları qəbul edəcək
  04 İyun 2013    Oxunub:1523
İqtisadi İnkişaf naziri Şahin Mustafayev Oğuzda vətəndaşları qəbul edəcək.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü il iyun ayı üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, İqtisadi İnkişaf naziri Şahin Mustafayev iyunun 8-də Oğuzda Şəki, Qəbələ, Qax, Balakən, Zaqatala və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, saat 10:00-dan başlayacaq qəbul Oğuz Olimpiya İdman Kompleksində (Ünvan: Heydər Əliyev küçəsi, 1) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı əlaqə vasitələri ilə İqtisadi İnkişaf Nazirliyinə müraciət edə bilərlər:

e-mail: [email protected];
Telefon: 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 (əlaqələndirici şəxs Rövşən Ataşov);

Nazirliyin Şəki-Zaqatala regional bölməsi: (024) 244-27-11, (055) 391-75-72 (əlaqələndirici şəxs Qalib Məsimov, e-mail: [email protected], Ünvan: Şəki şəhəri, 20 Yanvar küç.,8).

AzVision.az




Teqlər:





Xəbər lenti