NASA alimləri Antraktidanın 30 milyon ildir ki buz qatı altında qalan səthinin 3D xəritəsini hazırlayıblar.
“BedMap2” adlı layihə çərçivəsində alimlər Antraktidadakı bütün buzun həcmini hesablamaq istəyirdilər ki, onun tam əriyəcəyi təqdirdə dünya okeanının səviyyəsinin nə qədər qalxacağını dəqiqləşdirsinlər. Bunun üçün isə materikin dəqiq topoqrafiyasını, dağlarını-dərələrini bilmək lazım idi. Beləliklə, buz materikin ən dəqiq xəritəsi meydana çıxıb.
Alimlər bu xəritəni çəkmək üçün peyklərdən, elektromaqnit və ultrasəs radarlarından istifadə ediblər.