Elmar Məmmədyarov yeni təyin olunmuş səfiri qəbul edib

Elmar Məmmədyarov yeni təyin olunmuş səfiri qəbul edib
  13 İyun 2013    Oxunub:1302
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Müsaid bin İbrahim əs-Süleymi qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının səfirini ölkəmizə təyin olunması münasibətilə təbrik edib və ölkələrimiz arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib.

Nazir Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini və əməkdaşlığın iqtisadiyyat, turizm, ticarət kimi sahələrdə də inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Xarici işlər naziri, həmçinin müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və qarşılıqlı səfərlər mübadiləsinin əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Səfir Müsaid bin İbrahim əs-Süleym səmimi qəbula görə təşəkkür edib və ölkəmizə səfir təyin olunmasından məmnunluğunu bildirib. Diplomat ölkəsinin dost və qardaş Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti