Prezident Qaradağa 2 milyon ayırdı

Prezident Qaradağa 2 milyon ayırdı
  13 İyun 2013    Oxunub:1421
AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir :

1. Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələri ərazisində iyirmi altı min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 20,1 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Bakı şəhərinin Qaradağ Rayon İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti