Bakıda daha bir yol təmirə bağlanır

Bakıda daha bir yol təmirə bağlanır
  14 İyun 2013    Oxunub:1566
Bakıda daha bir yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, paytaxtdan Tbilisi prospekti ilə Sumqayıt istiqamətinə gedən yolda yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar, İzmir küçəsinin kəsişməsindən Həsən Əliyev küçəsinin kəsişməsinədək iş başa çatana qədər 15 iyun, saat 00:00 radələrindən etibarən qısa müddətə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Şəhər istiqamətində Tbilisi prospekti ilə hərəkət edərkən Həsən Əliyev küçəsi istiqamətinə dönmə əməliyyatı da aparılmayacaq.
Sürücülərdən, avtomobil sahiblərindən, paytaxt sakinlərindən xahiş edilir ki, qeyd edilənləri nəzərə alaraq, şəhərdən Tbilisi prospekti ilə digər istiqamətlərə hərəkət edərkən təmir-tikinti işləri ilə əlaqədar alternativ yollardan istifadə etsinlər.

Şöbə müdiri şəhərdən çıxış üçün alternativ yol kimi 3-cü Kənar Dairəvi Yolu qeyd edib.

Əsədov bildirib ki, yeni asfal örtüyünün çəkilişi ilə əlaqədar S.Vurğun küçəsinin M.Mirqasımov küçəsi ilə kəsişməsində də hərəkət məhdudlaşdırılıb.



Teqlər:





Xəbər lenti