İvanişvilinin azərbaycanlı köməkçisi - FOTOLAR

İvanişvilinin azərbaycanlı köməkçisi - FOTOLAR
  14 İyun 2013    Oxunub:4763
Soydaşımız Savalan Mirzəyev Gürcüstanın baş naziri Bidzina İvanişvilinin köməkçisi təyin edilib.
Qardabani rayonu Qara Təhlə kənd sakini Savalan Mirzə oğlu Mirzəyev Gürcüstanın baş naziri Bidzina İvanişvilinin milli azlıqların məsələləri üzrə köməkçisi təyin edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təyinat barədə məlumatı Savalan Mirzəyevin özü də təsdiqləyib. Qeyd edək ki, soydaşımız ixtisasca hüquqşünasdır. 2009-cu ildən Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri vəzifəsində çalışıb, 27 yaşı var, ailəlidir, bir qızı var.

1986-cı il təvəllüdlü S. Mirzəyev 2007-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, bu vəzifəyə təyin olunmamışdan əvvəl soydaşlarımızın kompakt yaşadığı bölgələrdə müxtəlif vəzifələrdə çalışıb, Kvemo-Kartli bölgəsində və digər bölgələrdə yaşayan azərbaycanlıların problemləri ilə yaxından tanışdır. S.Mirzəyev hansı vəzifədə çalışmağından asılı olmayaraq, azərbaycanlı gənclərin dövlət strukturlarında vəzifəyə təyin olunmasına çalışıb və gənclərin Gürcüstanın dövlət dili olan gürcü dilinin öyrənməsinə və onların Gürcüstan cəmiyyətinə inteqrasiya olunmaları üçün dövlət layihələrinin həyata keçirilməsinə kömək edib, eyni zamanda azərbaycanlı qeyri-dövlət təşkilatlarının rəhbərləri ilə soydaşlarımızı narahat edən məsələlərin həllinə çalışıb.

Qalereya




Teqlər:  





Xəbər lenti