Fazil Mustafadan Təhsil Nazirliyinə sərt sözlər

Fazil Mustafadan Təhsil Nazirliyinə sərt sözlər
  14 İyun 2013    Oxunub:1663
Bu qədər məsuliyyətsiz dərslik buraxılanda, təhsilin indiki səviyyəsinə deməyə bir söz də qalmır
Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa Təhsil Nazirliyinin dərslik siyasətini öz şəxsi facebook hesabında sərt tənqid edib.

AzVision.az-ın məlumatına görə, deputat yazıb:

“Qarşımda 2005-ci ildə ƏLFƏRÜL nəşriyyatının çap etdiyi, Təhsil Nazirliyinin 23.03.2005-ci il tarixli 182 saylı əmri ilə rəsmiləşdirilmiş 11-ci sinif üçün Ümumi Biologiya dərsliyi. Səhifə 19-da birincisi meymun şəkildə olmaqla, qalanları tədricən qəddini düzəldərək addımlayan insan rəsmləri ard-arda verilib.

Mövzunun adı "İnsan təkamülünün İnkişaf mərhələləri". Mətndə isə müəllif yazır ki, "Bizim qədim əcdadlarımız uzun illər təkamül nəticəsində heyvanlar aləmindən ayrılmış müasir insana çevrilmişlər."

Bu qədər məsuliyyətsiz dərslik buraxılanda, təhsilin indiki səviyyəsinə deməyə bir söz də qalmır. Dünya Darvinizmdən imtina etdi, heç bir heyvanın insana çevrilməsi müşahidə və isbat olunmadı, insanlığın Vahid, Mütləq Yaradıcı tərəfindən yaradıldığı ağlı başında olan kimsədə şübhə doğurmadı, bu isə əcdadlarımızın heyvandan törədiyini yazır.

Gündəlik həyatda bəzi həmvətənlərimiz tərəfindən qarşılaşdığımız heyvani davranışlar bəlkə də bunu söyləməyə əsas verərdi, ancaq Allahın kitabı yaradılışı o qədər aydın izah etmişdir ki, bizim də əcdadlarımızın adam balası olduğuna şübhəmiz qalmır”.


Teqlər:  





Xəbər lenti