İstirahət günləri dəyişdirildi

İstirahət günləri dəyişdirildi
  24 İyun 2013    Oxunub:1512
Dəyişikliklər iyunun 29-dan qüvvəyə minir.
Səudiyyə Ərəbistanında istirahət günləri şənbə və bazar deyil, cümə və şənbə günləri olacaq. Bu barədə Saudi Press Agency kralın göstərişlərinə istinadən məlumat yayıb.

Dəyişikliklər iyunun 29-dan qüvvəyə minəcək və bütün dövlət orqanlarına, maliyyə tənzimləyicilərinə, o cümlədən Mərkəzi Banka, fond birjalarına şamil ediləcək.

Bununla yanaşı məktəblər və digər təhsil müəssisələri də dərs cədvəllərini dəyişməli olacaqlar.

Hazırda ölkədə rəsmi istirahət günləri həhtənin 4-cü və 5-ci günləridir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 6 Fars körfəzi ölkəsi arasında 4-cü və 5-ci günlər istirahət edən yeganə ölkə idi. Bu dəyişiklikdən sonra bütün Fars körfəzi ölkələrinin vətəndaşlarıi 5-ci və 6-cı gün istirahət edəcəklər. Xatırladaq ki, ötən ay Oman da istirahət günlərinin vaxtını dəuişərək 5-ci -6 cı günə keçirmişdi.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti