“Azərbaycana təzyiq sistemli xarakter alır”

“Azərbaycana təzyiq sistemli xarakter alır”
  31 Yanvar 2013    Oxunub:3779
Zahid Oruc və Ərəstun Oruclu AzVision.az-a ölkəmizə qarşı tətbiq olunan təzyiqdən danışıblar.
Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi və Ermənistan Milli Təhlükəsizlik Şurasının Aparatı arasında KTMT Akademiyasınınn yaradılmasına dair anlaşma memorandumu imzalanıb. KTMT Akademiyasının yaradılması ekspertlərimiz tərəfindən Azərbaycana növbəti təzyiq kimi qiymətləndirilir. Həmçinin, Azərbaycanın Avrasiya İttifaqına üzv olmayacağını açıqladığı halda Rusiyanın təkid etməsi bu təzyiqin tərkib hissəsi hesab edilir. Bəs bu addımların gerçəkləşməsi əslində ölkəmiz üçün hansı təhlükədən xəbər verir? Müəyyən təhlükədən sığortalanmaq üçün hansı addımların atılması zəruridir?

Millət vəkili Zahid Oruc məsələyə münasibət bildirərkən söyləyib ki, Rusiya həqiqətən də geostrateji planda çox ciddi layihələr həyata keçirməyə başlayıb. Onun sözlərinə görə, bu, özünü Qafqaz ölkələrində də güclü şəkildə hiss etdirir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 10 illərdir ki, mövcuddur. İlk dövrdə onu NATO-nun alternativi kimi qələmə verməyə çalışanlar və bu yöndə müxtəlif addım atanlar sonra gördülər ki, nə onun büdcə imkanları, nə də orada iştirak edən dövlətlərin siyasi maraqları uzlaşmadığından, bu təşkilata heç bir formada müqavimət göstərə bilməz. Məhz onun nəticəsində Şimali Atlantika Ölkələri Qrupu 26 dövlətə qədər gəlib çata bilib, genişlənib. Ancaq bunun əvəzində KTMT üzvlərinin sayı azaldı, Özbəkistan ordan çıxdı, bir sıra dövlətlər fəaliyyətini dayandırdılar. Hazırda orda 6-7 dövlət qalıb. İndi Ermənistanda yaradılması istənilən həmin qurumun hərbi akademiyasıdır. Bu öz növbəsində elmi-təhsil sferasında birliyin fəaliyyətinin gücləndirilməsidir”.
Zahid Oruc bildirir ki, Rusiya da bu çətir altında Ermənistana hərbi yardım edir. Bu da özlüyündə Qafqazdakı proseslərə mənfi təsir göstərir: “Həmçinin təhlükəsizlik mühitini bir az da zədələyir. Sanki Rusiyanın hərbi cəhətdən bölgəni silahla təmin etdiyi anlamına gəlir. Başqa dövlətlər də alternativ tədbirlər görməlidirlər ki, özlərini qoruya bilsinlər. Düşünürəm ki, istər Avrasiya modeli, istər KTMT-nın hərbi təhdidləri bizim Rusiya ilə münasibətlərimizə bu və ya digər şəkildə təsirini göstərəcək. Ya biz bu qurumlarda işrirak etməyəcəyimizi bəyan etməklə başqa beynəlxalq qurumlarla əlaqələrimizi gücləndirməliyik. Bu fonda Rusiyanın təsir qüvvələrinə müqavimətimizi artıra bilərik. Ya da müəyyən şərtlərlə Rusiyanın bloklarında iştirak edə bilərik. Bu şərtlər də Qarabağ ərazi bütövlüyü məsələsində Rusiyanın birmənalı addmlar atması, Ermənistana təzyiq göstərməsi və s.”

Millət vəkili bu şərtlərin gerçəkləşməsinə inanmasa da, hər bir halda bu münasibətlərin hər hansı bir formada tənzimlənəcəyini bildirir: “Münasibətlər bir xətlə, hökmlə qurulmur. Burda çox parametrlər var. İstər iqtisadi-siyasi, istər humanitar əlaqələri nəzərə alaraq Rusiyayla Qafqazdakı proseslərdə mövqeyinin tam aydınlaşması, Avrasiya İttifaqında iştirak şərtlərimiz beynəlxalq məsələlərə münasibət fonunda müəyyən məqsədə çatmaq olar”.

Politoloq Ərəstun Oruclu isə deyir ki, artıq Azərbaycana təzyiq siyasəti sistemli xarakter alıb: “Bu məsələ də onun bir elementidir, bir tək bu deyil. Biz diqqətlə müşahidə etsək ki, Rusiya son zamanlar hansı addımları atır, bu, onların yanında çox kiçik bir addım kimi görünər. Məsələn, dünən Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ermənistana səfəri, bundan başqa Rusiya “Milyarderləri İttifaqının” üzvü, əsas təsisçilərdən biri, xüsusi söz, nüfuz sahibi olan Ramazan Abdullatipovun Dağıstana rəhbər göndərilməsi kimi”.

Həmsöhbətimizin sözlərinə görə, bu addımların hamısı əslində Azərbaycana təzyiqdir: “Moskvada deyirlər ki, “Milyarderlər İttifaqı”na rəsmi Bakının münasibəti necədir? Ancaq buna baxmayaraq, onun təsisçilərindən birinin Azərbaycana sərhəd Dağıstana prezident təyin edilməsi həmin bu təzyiq siyasətinin tərkib hissəsidir. Rusiya Azərbaycana təzyiq edir. Ancaq Avrasiya İttifaqı Azərbaycansız müzakirələr aparır, bu İttifaqa öz iştirakı olmadan üzv olmasından danışılır”. Ə.Oruclu hesab edir ki, bu təzyiq hələ davam edəcək.


Teqlər:  





Xəbər lenti