Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, nazir Fizuli Ələkbərov növbəti dəfə iyulun 5-də respublikanın Lənkəran rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının sakinlərinin «Açıq qapı» şəraitində müraciətləri dinləniləcək. Bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, müvafiq tədbirlər görüləcək. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.
Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özündəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələr də müəyyən ediləcək.