Gənclər müzakirə olunub

Gənclər müzakirə olunub
  03 İyul 2013    Oxunub:1390
ARGTMŞ – nın sədri beynəlxalq proqramın eksperti ilə görüşüb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyid-zadə “Şərq Tərəfdaşlığı ölkələrinin ərazi əməkdaşlığı” proqramının eksperti Lyubov Palivoda görüşüb.

AzVision.az-ın məlumatına görə, Avropa Şurası tərəfindən həyata keçirilən proqramın eksperti ilə görüş zamanı proqramın məqsədi və istiqamətləri haqqında məlumat verilib.

Sərhəd ərazilərdə ümumi problemlərin birgə həlli və bu istiqamətdə gənclər və gənclər təşkilatlarının rolu ətrafında müzakirələr aparılıb.

Görüşdə Şahin Seyid-zadə Azərbaycanda gənclərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi, xüsusilə sərhədyanı ərazilərdə yerləşən ölkələrin gəncləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması sahəsində atılan addımlar haqqında məlumat verib. Bu istiqamətdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən gənclərin fəaliyyətini dəstəkləyən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması bildirilib və ekspert tərəfindən yüksək qiymətləndirilib.

Görüş zamanı həmçinin Gəncə- Qazax və Şəki- Zaqatala iqtisadi rayonlarında yerləşən qeyri- hökumət təşkilatları və ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının “Şərq Tərəfdaşlığı ölkələrinin ərazi əməkdaşlığı” proqramında iştiraka həvəsləndirilməsi və daha da fəallaşdırılması mövzusuna toxunulub.

AzVision.az


Teqlər:





Xəbər lenti