Orban: "ABŞ və Avropanın Kiyevə xərclədiyi pullar "yandı"

   Orban:    "ABŞ və Avropanın Kiyevə xərclədiyi pullar "yandı"
  24 Dekabr 2024    Oxunub:338
Qərb dövlətlərinin Ukraynaya xərclədiyi külli miqdarda olan pullar yandı.
Bunu “Magyar Nemzet” qəzetinə müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.

Orbanın hesablamalarına görə, ABŞ və Avropa ölkələri Ukraynaya ümumilikdə 300 milyard avroya yaxın sərmayə qoyublar.

Siyasətçinin fikrincə, belə məbləğdə pula bütün Avropada, o cümlədən Balkanlarda həyat keyfiyyətinin sürətlə yaxşılaşmasına nail olmaq mümkün idi.

Ukrayna Kurskda 43 510-dan çox hərbçi itirib
"Bu pul miqrasiya problemlərinin öhdəsindən gəlməyə kömək edərdi və ən son Avropa müdafiə sistemini qurmağa imkan verərdi, lakin o, "yandı", -Orban əlavə edib.

Nəticədə Ukraynanın infrastrukturu, nəqliyyat və energetika sistemi bünövrəsinə qədər dağıdılıb. Yaxın gələcəkdə ölkə öz iqtisadiyyatını dəstəkləmək iqtidarında deyil.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Orban  





Xəbər lenti