İsrail Avropanı husiləri terrorçu kimi tanımağa çağırır

   İsrail Avropanı husiləri terrorçu kimi tanımağa çağırır
  24 Dekabr 2024    Oxunub:378
İsrail hökuməti Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının terrorçu kimi tanınması məqsədilə səyləri artırmaq üçün Avropa ölkələrindəki diplomatik nümayəndəliklərinə tapşırıq verib.
Bu barədə İsrailin xarici işlər naziri Gideon Saarın bəyanatında vurğulanır ki, sözügedən qruplaşma yalnız bu ölkə üçün yox, bütün region, eləcə də dünya üçün təhlükədir.

"Odur ki, onları terror təşkilatı kimi tanımaq zəruridir", - nazir bildirib.

Xatırladaq ki, ötən il oktyabrın 7-də İsrail və Fələstinin HƏMAS terror təşkilatı arasında müharibə başlayandan bəri Yəmən husiləri Fələstinə dəstək məqsədilə İsraillə əlaqəli gəmilərə Qırmızı dəniz və ətrafında zərbə endirir, dəniz ticarətinə ciddi ziyan vururlar. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə cari ilin yanvarında regiona qoşun göndərib. Eyni zamanda, ABŞ, Səudiyyə Ərəbistanı, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Kanada, Yeni Zelandiya və İsrail husiləri terrorçu kimi rəsmən tanıyırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Avropa   husilər   terrorizm  





Xəbər lenti