Husilərin raket hücumu İsraildə mülki məntəqələrə ziyan vurub

Husilərin raket hücumu İsraildə mülki məntəqələrə ziyan vurub
  25 Dekabr 2024    Oxunub:385
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşmasının gecə saatlarında İsrailin Tel-Əviv şəhərinə doğru raket zərbəsi nəticəsində bir sıra yaşayış məntəqəsinə ziyan dəyib.
Yerli polisin məlumatına görə, raket havada zərərsizləşdirilsə də, onun qəlpələri şəhər ətrafındakı üç nöqtədə, o cümlədən Beer-Yakov şəhərində mülki məntəqələrə - evlərə düşüb.
Husilər Tel-Əvivə zərbə endiriblər - VİDEO

Gecə saatlarında endirilən raket zərbəsi "Husi" qruplaşmasının İsrail mərkəzinə, xüsusən də Tel-Əviv şəhərinə ikinci ardıcıl hücum cəhdidir. Hücumla bağlı məsuliyyəti öz üzərinə götürən terrorçuların iddiasına görə, raket "hədəfi uğurla vura bilib".

Xatırladaq ki, İsrailin xarici işlər naziri Gideon Saar husilərin terrorçu kimi tanınmaları məqsədilə səyləri artırmaq üçün ölkənin Avropa ölkələrindəki diplomatik nümayəndəliklərinə tapşırıq verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   husilər   raket-zərbəsi  





Xəbər lenti