Mikayıl Cabbarov koreyalılarla görüşüb

Mikayıl Cabbarov koreyalılarla görüşüb
  03 İyul 2013    Oxunub:1148
Təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndələri, İranın və İsrailin ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib.

AzVision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması” layihəsi müzakirə edilib.

İranın və İsrailin səfirləri Möhsin Pakayin, Rafael Harpaz ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.



Teqlər:  





Xəbər lenti