İlham Əliyev italiyan səfiri qəbul edib

İlham Əliyev italiyan səfiri qəbul edib
  03 İyul 2013    Oxunub:1372
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldinini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı İtaliyanın Azərbaycandakı səfiri Mario Baldiniyə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.

AzVision.az


Teqlər:





Xəbər lenti