Nazirlik tələbələrə 2360 boş iş yerləri təqdim edib

Nazirlik tələbələrə 2360 boş iş yerləri təqdim edib
  03 İyul 2013    Oxunub:1598
Aktiv məşğulluq tədbirləri davam etdirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi məqsədilə ölkənin rayon və şəhərlərdə aktiv məşğulluq tədbiri olan Əmək yarmarkaları 2013-cü ilin yanvar-iyun aylarında da uğurla davam etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həmin müddətdə respublikanın 12 şəhər və rayonunda keçirilən Əmək yarmarkalarında 189-u özəl sektora aid ümumilikdə 402 müəssisə tərəfindən 3313 boş iş yeri təqdim edilib. Buaktiv məşğulluq tədbirlərində 1248 nəfər vətəndaşa boş iş yerlərinə, həmçinin 20 nəfərə kvota üzrə iş yerlərinə göndəriş verilib, 124 nəfər vətəndaş müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 53 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Qeyd olunan dövrdə Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində yerləşən ali təhsil müəsisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında keçirilən tədbirlərdə 231 müəssisə üzrə 2360 boş iş yeri təqdim olunub. 397 nəfər məzun və tələbəyə boş iş yerlərinə göndəriş verilməklə, 61 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata alınıb, işəgötürənlər tərəfindən 1303 nəfər tələbə və məzun barədə şəxsi məlumatlar qəbul olunub.


Teqlər:  





Xəbər lenti