ANS-dən MTRŞ-a cavab: “Xalq düşməni deyilməyib ki...”

ANS-dən MTRŞ-a cavab: “Xalq düşməni deyilməyib ki...”
  04 İyul 2013    Oxunub:894
ANS telekanalı Nuşirəvan Məhərrəmliyə cavab verdi
“Onun öz işidir, özü bilər nə deyir”. Bu sözləri AzVision.az-a açıqlamasında ANS Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr üzrə baş müşaviri Mais Məmmədov deyib.

O, məsələdən xəbərsiz olduğunu bildirib: “Mənim xəbərim yoxdur, Nuşirəvan Məhərrəmli nə deyib. Bu barədə harada yazılıb? Bizim əməkdaşlar da ordadır axı”

Bununla bağlı telekanalın hansısa bir tədbirin görülməsi məsələsinə münasibət bildirən M. Məmmədov belə cavab verib:
“Nə tədbiri görməliyik ki? Bizə xalq düşməni deyilməyib ki, bizdə hər hansı bir tədbir görək. İş olan yerdə, səhv də olmalıdır”.

Qeyd edək ki, MTRŞ bu gün telekanallarda ədəbi dilin normalarına riayət olunması ilə bağlı keçirilən monitorinqin nəticələrini açıqlayıb. MTRŞ sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, ləhcə ilə bağlı ən çox səhvə ANS telekanalında rast gəlinir.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti