Brilliant Dadaşovanın həyat yoldaşı Prezidentə məktub yazıb

Brilliant Dadaşovanın həyat yoldaşı Prezidentə məktub yazıb
  04 İyul 2013    Oxunub:8951
Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Prezident İlham Əliyevə fəxri ad üçün təşəkkür məktubu göndərib.
AzVision.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, fəxri ad üçün İlham Əliyevə təşəkkür edən Ə.Hacıyev məktubda bildirib ki, “tamaşaçıların bədii-estetik zövqünün formalaşmasında, dünya mədəniyyəti nümunələrinin ölkəmizdə təbliğində xüsusi xidmətləri olan Azərbaycan Dövlət Rus Dram Teatrı həmişə Sizin diqqət və qayğınızı öz üzərində hiss edib. Bundan ruhlanan teatr əməkdaşları daha həvəslə işləyərək, Sizin etimadınızı doğrultmağa çalışırlar.

Möhtərəm cənab Prezident!

Mənim əməyimi yüksək qiymətləndirərək, Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi münasibətilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti